Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Yeniləşən Azərbaycana yeni məktəb

Şağan qəsəbəsində 3 nömrəli internat evi

 

Şağan qəsəbəsi 3 nömrəli internat evi Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulub. Yenidənqurma işləri 2010-cu ilin martında başlayıb və 2011-ci ilin fevralında başa çatıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci il fevralın 24-də internat evinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Buradakı konfrans zalı müvafiq avadanlıqla təchiz edilib və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Tibb otaqları müasir avadanlıqla və dərman preparatları ilə təmin edilib. Fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqlarında vakuumlu masaj, ayaqlar üçün elektrotrenajor avadanlıqları quraşdırılıb və internat evində yaşayan uşaqlar üçün bir sıra mühüm prosedurlar həyata keçirilir. İnternat evinin idman zalı da lazımi qurğularla təchiz olunub. Uşaqların əylənmələri üçün kompüter, şahmat, dama, rəsm otaqları yaradılıb.

İnternat evinin həyətində də geniş abadlıq, yaşıllaşdırma işləri aparılıb, gözəl fəvvarələr, oturacaqlar qoyulub. İnternatın özəl təsərrüfatı da vardır. Balacaların reabilitasiyası üçün burada inək, qoyun, toyuq və ev quşları saxlanılır. Müəssisədə çörək və şirniyyat məmulatlarının hazırlanması üçün xüsusi bina inşa edilib.

   

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov