Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Turnirin qızıl medalını Azərbaycan idmançısı qazanıb

 

 Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat turnirinə iyunun 1-də yekun vurulub. Azərbaycan millisi bu turnirdə 1 qızıl medal qazanıb.

Oğlanlar arasında üç təkanla tullanma yarışlarında atletimiz Nazim Babayev 16,14 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu möhtəşəm qələbəsi ilə idmançımız həmçinin bu ilin avqustunda Çinin Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Turnirin  gümüş medalçısı ukraynalı Aleksandr Malosilov, bürünc medalın mükafatçısı isə italiyalı Tobia Boççi  olublar. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov