Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Azərbaycan məktəblisi Beynəlxalq olimpiadada III yeri tutub

 

Böyütmək üçün şəkili seçinTürkiyənin Əskişəhər şəhərindəki Osmanqazi Universitetində şagirdlər arasında keçirilən Türk Dünyası Bilik Olimpiadası yekunlaşıb.

Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan və bu formatda ilk dəfə olaraq keçirilən olimpiadada 17 türk ərazisinin - Azərbaycan, Türkiyə, Krım, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Bosniya, Bolqarıstan, Altay, Kosovo, Makedoniya, Moldova, Quzey Kipr Türk Cümhuriyyəti, Arnavutluq (Albaniya), Şərqi Türküstan (Çin) və Başqırdıstanın orta məktəb şagirdləri iştirak edib.

Bağlanış mərasimində çıxış edən Beynəlxalq Könüllü Müəllimlər Dərnəyinin rəhbəri İbrahim Ərdoğan bildirib ki, bu olimpiadanın keçirilməsi ilə türk dünyasında bir ilkə imza atılıb. Onun sözlərinə görə, belə tədbirlər gələcəyin alimlərinin, tədqiqatçılarının yetişdirilməsinə, şagirdlərin elmə marağının artmasına yardım edir. Bunu nəzərə alaraq olimpiadanın növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.

Osmanqazi Universitetinin rektoru, professor  Həsən Gönen isə vurğulayıb ki, türkdilli xalqlar daha güclü inkişafa nail olmaq üçün uşaqlarını gələcəyin peşəkar mütəxəssisi kimi yetişdirməlidirlər. Şagirdləri bundan sonra da belə olimpiadada fəal iştirak etməyə çağıran professor qeyd edib ki, tədbir iştirakçıları Türk Dünyası Bilik Olimpiadasının növbəti illərdə də Əskişəhərdə keçirilməsini arzulayırlar.

Olimpiadada iştirak üçün 1000 layihə təqdim olunub. Onlardan yalnız 100-ü iştirak hüququ qazanıb. Münsiflər heyəti layihələri qiymətləndirərək qalibləri müəyyənləşdirib.

Mərasimdə olimpiada qalibləri mükafatlandırılıb. Tədbirdə qaliblər iki - yeni elmi ideya və insanların istifadə etdiyi bir əşyanı daha mükəmməl formaya salmaq nominasiyaları üzrə seçiliblər.

Yeni elmi ideya nominasiyası üzrə I yerı Türkiyə, II yeri Qazaxıstan, III yeri Azərbaycan şagirdi tutub. Bununla, Azərbaycanı təmsil edən Elçin Məmmədovun yazı yazan robot modeli qaliblər sırasına düşüb.

İnsanların istifadə etdiyi bir əşyanı daha mükəmməl formaya salmaq nominasiyaları (tasarım) üzrə I yeri Makedoniya, II yeri Türkiyə, III yeri Tatarıstan Respublikasının şagirdi tutub. Qaliblərə diplom və pul mükafatları təqdim edilib.

Qeyd edək ki, Azərbaycan bu olimpiadada üç şagirdlə - Bakı şəhərindəki 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Elçin Məmmədovla Hüseyn Əsədov (müəllim Həsən Qaralov) və Quba şəhərinin 1 nömrəli orta məktəbinin şagirdi Atilla Məmmədli (müəllim Aydın Məmmədli) ilə təmsil olunub. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov