Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Beynəlxalq festivalda ölkəmizi təmsil edib

 

Təhsil Nazirliyinin Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin VI sinif şagirdi Çinarə Əzimova Moskvanın Böyük Kreml Sarayında "Melodika pokoleniy" adlı II Beynəlxalq Uşaq Musiqi Festivalında ölkəmizi təmsil edib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan konsertdə Azərbaycanla yanaşı, Belarus, Çin, Qırğızıstan, Rusiyadan olan istedadlı uşaqlar Kreml Sarayının Georgiyevsk zalında Prezident orkestri ilə birgə çıxış edərək məharətlərini göstəriblər.

Qeyd edək ki, beynəlxalq müsabiqələr laureatı olan Çinarə uğurları ilə seçilir. Musiqi məktəbinin yetirməsi bir qədər əvvəl Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən beynəlxalq müsabiqədə və Latviyanın Riqa şəhərində gənc vokalçıların "Riqa Symphony" beynəlxalq müsabiqəsində iştirak edərək hər iki tədbirin Gran-Pri mükafatına layiq görülüb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov