Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Musiqi məktəbində görkəmli bəstəkarın yubileyi qeyd edilib

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Cövdət Hacıyev adına 3 nömrəli Uşaq Musiqi Məktəbində görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, xalq artisti Oqtay Zülfüqarovun  anadan olmasının 85 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə məktəbin "Renessans" xoru bəstəkarın "Uşaq himni"ni ifa edib.

Sonra fortepiano əsərlərindən ibarət "Sevimli ana", "Elegiya", "Kuklam xəstədir", "Yallı", "Mən maşını sürürəm", kanonçalanlar ansamblının ifasında "Cücü", "Cırtdan" əsərləri səsləndirilib. Məktəbin vokal ansamblının ifasında  "Əzizsən, Vətən" və "Yol mahnısı" maraqla qarşılanıb.  "Lalələr" rəqs qrupunun çıxışları da   iştirakçılarda xoş ovqat yaradıb.

Tədbirin sonunda Oqtay Zülfüqarov əsərlərindən ibarət yeni diskini məktəbə hədiyyə edib və rəhbərlik etdiyi "Aysel" Uşaq Mahnı Teatrının üzvləri ilə birlikdə bir neçə mahnı ifa edib.   

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov