Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Məzunlar əlli ildən sonra görüşdülər

 

İnsanın həyatında orta məktəb illəri xüsusilə unudulmazdır. Həyatda qazandıqları müvəffəqiyyətlərə, tutduqları həyat mövqelərinə görə məzunlar ilk növbədə doğma məktəbə borcludurlar. Axı onlar burada əməksevərliyi öyrənmiş, müstəqil həyata pərvazlanmışlar. İndi onların xoş sorağı respublikamızın ali və orta ixtisas məktəblərindən, elm, səhiyyə ocaqlarından, böyük sənaye müəssisələrindən gəlir.

Şübhəsiz, bu, müəllimləri sevindirir. Axı keçmiş şagirdləri harada işləmələrindən, oxumalarından asılı olmayaraq, müəllimlərinə daim minnətdarlıq edir, doğma məktəbin şərəfini həmişə uca tutur, onların zəhmətini doğruldurlar. Lənkərandakı Teymurbəy Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbini yarım əsr bundan əvvəl bitirmiş məzunlarla görüş də məhz belə bir ənənənin təntənəsi olmuşdur.

Məzunlar tədbirdən əvvəl vəfat etmiş müəllim və sinif yoldaşlarının xatirəsini yad etmişlər.

Sonra onlara dərs deyən qocaman müəllim Xalidə Hüseynova səhhətilə bağlı tədbirə gələ bilmədiyindən məzunlar ona baş çəkib ötən illərin xatirələrindən danışmışlar.

1964-cü ildə orta məktəbi bitirmiş məzunlarla görüşü məktəbin direktoru Siyasət Rəhimov açaraq qonaqları salamlamışdır.

50 il bundan əvvəl məktəbi bitirən məzunlar adından Milli Məclisin deputatları, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, yazıçı-dramaturq Hüseynbala Mirələmov çıxış edərək ölkədə aparılan böyük abadlıq-quruculuq işlərindən, əhalinin sosial müdafiəsi istiqamətində atılan addımlardan, uğurlardan danışdılar.

Məzunlardan Əlövsət Məcidov, Əminə Abbasova, İmamverdi Quliyev, Züleyxa Dadaşova, Rafiq Həbibov, Səmayə Abdullayeva və başqaları məktəblə bağlı xatirələrini söyləmişlər.

Milli Məclisin deputatları Hadi Rəcəbli və Hüseynbala Mirələmov son illərdə yazdıqları kitablarından məktəbə və tədbir iştirakçılarına hədiyyə vermişlər.

Tədbirdə rayonun elm, təhsil ictimaiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 

Azad ZÜLALOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov