Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Azərbaycanlı uşaqlar İtaliyada keçiriləcək festivalda iştirak edəcəklər

 

İyulun 18-dən 27-dək İtaliyada Giffoni beynəlxalq kinofestivalı çərçivəsində keçirilən "Giffony Experiense" tədbirinə Azərbaycandan da nümayəndələr qatılacaq. "Nərimanfilm" kinostudiyası bu tədbirə  3 nəfərdən (13-16 yaş arası) ibarət bir qrupu göndərəcək.

Müxtəlif ölkələrdən 3 min uşaq yüzə qədər filmə baxıb qiymət verəcək. Qeyd edək ki,  azərbaycanlı uşaqlar ilk dəfə bu kinofestivalda iştirak edəcəklər. Onlar öz həmyaşıdları ilə baxdıqları filmləri müzakirə edəcək və müsabiqənin qalibini müəyyənləşdirəcəklər. Festival müddətində uşaqlar rejissor, aktyor, digər kino xadimləri ilə, ən başlıcası, 40-dan çox ölkədən gəlmiş həmyaşıdları ilə ünsiyyətdə olacaqlar.

44-cü dəfə keçirilən Giffoni festivalı  kino dünyasında bənzərsiz bir hadisədir. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov