Uşaq və şagirdlərin Azərbaycan Respublikasının ümumi
təhsil müəssisələrinə qəbulunun, habelə təhsil aldıqları
müddətdə onların ölkə daxilində, eləcə də ölkədən xaricə
və ya xarici ölkələrdən Azərbaycan Respublikasına
yerdəyişməsi ilə bağlı məsələlərin tənzimlənməsini təmin
etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil
Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1. "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə
qəbulu və yerdəyişməsi Qaydaları" təsdiq olunsun (əlavə
edilir).
2. Təhsil Nazirliyinin 27 sentyabr 2013-cü il tarixli
827 nömrəli əmri ilə təsdiq olunmuş "Uşaqların
(şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və
yerdəyişməsi Qaydaları" qüvvədən düşmüş hesab edilsin.
3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələri, bilavasitə Nazirlik tabeliyindəki ümumi
təhsil müəssisələrinin direktorları:
3.1. "Uşaqların (şagirdlərin) ümumi təhsil
müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nı
rəhbərlik və icra üçün qəbul etsinlər.
3.2. Həmin "Qaydalar"ın məzmununun məktəb rəhbərlərinə,
bütövlükdə pedaqoji kollektivlərə və valideynlərə
çatdırılmasını təmin etsinlər.
3.3. Şagird qəbulu və yerdəyişməsi ilə bağlı məsələlərin
müəyyən olunmuş qaydalar daxilində həyata keçirilməsi
üçün lazımi tədbirlər görsünlər.
4. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavəsi ilə
"Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını və Nazirliyin internet
saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
20 iyun 2014-cü il
"Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə
qəbulu və yerdəyişməsi Qaydaları"
|