Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

"Turin prosesi - perspektivlər və problemlər" mövzusunda seminar

 

İyunun 25-də Bakıda Təhsil Nazirliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə peşə təhsili və təlimi sahəsində partnyorluq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə "Turin prosesi-perspektivlər və problemlər" mövzusunda seminar keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Avropa İttifaqının və Avropa Təlim Fondunun nümayəndələri iştirak edib. Seminarda çıxış edən Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Namiq Məmmədov bildirib ki, "Turin prosesi" interaktiv bir proses olaraq, ayrı-ayrı ölkələrin peşə təhsili və təlimi sahəsində həyata keçirilən siyasətin faktlar əsasında təhlilini aparmaq, eyni zamanda bu sahədə son 2 ildə həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini apararaq ümumi inkişaf strategiyasının formalaşmasına yardım etməkdir.

Bununla yanaşı, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin üzvü Rza Zülfüqarzadə, Avropa Təhsil Fondunun Azərbaycan üzrə koordinatoru Franko Krestani və mütəxəssisi Yan Cumming çıxış edərək peşə təlimi və təhsili sisteminin cəlbediciliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi və əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsi zərurətindən danışıblar. Bildirilib ki, bu, yalnız təhsil müəssisələrinin və Təhsil Nazirliyinin əsas vəzifəsi olmamalıdır, burada sosial partnyorların iştirakı da çox zəruridir.

Seminar iştirakçıları daha sonra işçi qrupları şəklində peşə təhsili və təliminin mövcud vəziyyəti, problemlər və perspektivlərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini ümumiləşdirərək seminar təşkilatçılarına çatdırıblar. Bununla yanaşı, seminar iştirakçıları bu cür tədbirlərin mütəmadi keçirilməsini və maraqlı tərəflərin peşə təhsili və təlimi sahəsində konkret əməkdaşlıq modellərinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. Seminar işini qruplar üzrə davam etdirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov