Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

6 nömrəli məktəb-lisey Beynəlxalq Bakalavriat Proqramı üzrə qəbul elan edir

 

Azərbaycanda ilk dəfə olaraq dövlət ümumtəhsil məktəbləri arasında Beynəlxalq Bakalavriat Proqramının (BBP) tətbiq edildiyi 6 nömrəli məktəb-lisey yeni tədris ili üzrə ingilis bölməsinə şagird qəbulu elan edir.

Tədris ingilis dilində olan Beynəlxalq Bakalavriat Proqramı (www.ibo.org)  çərçivəsində təhsil bir neçə mərhələyə - PYP-ibtidai, MYP-V-IX siniflər, DP-diplom proqramı X-XI siniflər üzrə bölünür. İbtidai və diplom proqramı üzrə təhsilin tətbiq olunduğu 6 nömrəli məktəb-liseydə bu ildən etibarən MYP-V-IX siniflər üzrə də qəbul aparılacaqdır.

Təhsil müəssisəsini bitirən məzunlara BBP diplomu ilə bərabər, Azərbaycanın ümumtəhsil məktəblərinin məzunlarına verilən sənəd - attestat da təqdim olunur. BBP diplomu alan məzunlar  dünyanın 130-dan çox ölkəsinin ən nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanırlar.

Təhsil müəssisəsində BBP çərçivəsində xaricdən dəvət olunmuş müəllimlər çalışırlar. Məktəb-lisey MDB ölkələri üzrə BBP Məktəbləri Assosiasiyasının üzvüdür. 6 nömrəli məktəb-liseydə tətbiq olunan kurikulum milli kurikuluma inteqrasiya olunub.

Təhsil müəssisəsinə sənədlərin qəbulu və müsahibə prosesi 27 iyun 2014-cü il tarixindən -15 iyul 2014-cü il tarixinədək həftənin I-V günləri saat 09:00-dan 13:00-dək aparılacaqdır. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov