Azərbaycan
Respublikası Təhsil Nazirliyi 13 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbinin cüdo bölməsinin yetirməsi Leyla
Əliyeva 1997-ci ildə Bakı şəhərində anadan olub.
Bakıdakı 277 nömrəli idman təmayüllü tam orta məktəbin
məzunudur.
13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbinin direktoru Rüfət Eyyubovun məlumatına
görə, Leyla ötən ilin martında Ukraynada yeniyetmələr
arasında keçirilən Avropa kuboku uğrunda yarışda 40 kq
çəki dərəcəsində VII, həmin ilin aprel ayında Çexiyada
keçirilən yeniyetmələr arasında Avropa kuboku
uğrunda yarışda isə I yerə layiq görülüb. Bundan başqa,
2013-cü il 8-9 iyun tarixlərində Estoniyada yeniyetmələr
arasında Avropa birinciliyində 44 kq çəki dərəcəsində
I yeri tutub. Avqustun 8-dən 11-nə kimi ABŞ-da
keçirilən yeniyetmələr arasında dünya birinciliyində də
rəqiblərindən fərqlənən Leyla 44 kq çəki dərəcəsində
II, dekabrda isə yeniyetmələr arasında Azərbaycan
birinciliyində 40 kq çəkidə I yeri tutaraq fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu ilin yanvar ayında İtaliyada kadetlər arasında
Avropa kuboku uğrunda yarışa qatılan Leyla Əliyeva 48
kq, fevral ayında Çexiyada keçirilən beynəlxalq
turnirdə 48 kq çəki dərəcəsində I, cari ilin martında
Türkiyədə kadetlər arasında Avropa kuboku uğrunda
yarışda 48 kq çəkidə I, aprel ayında Portuqaliyada
kadetlər arasında Avropa kubokunda isə 48 kq çəkidə
I yerə layiq görülüb. Bu ilin may ayının 3 və 4-də
Almaniyada kadetlər arasında keçirilən Avropa kuboku
uğrunda yarışda da o, fəxri kürsünün yüksək pilləsinə
qalxaraq ölkəmizi layiqincə təmsil edib. |