Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

"Tələbə uğuru" "ADA" Universitetinin MADİA magistr proqramının 2014-cü il məzunlarından bəhs edir

 

 "ADA" Universiteti və AzərTAc-ın birgə layihəsi olan "Tələbə uğuru"nda bu dəfə universitetin MADİA magistr proqramının 2014-cü il məzunlarından bəhs olunur.

İctimai Televiziyanın "Yeni gün" verilişində yayımlanacaq növbəti reportajda "ADA" Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev məzunlara arzularını bildirir və universitetin uğurlarından danışır. Həmçinin reportajda "ADA"nın MADİA magistr proqramının 2014-cü il məzunları da arzularını bölüşür.

Qeyd edək ki, 700-dən çox tələbənin, o cümlədən 28 ölkədən 48 əcnəbi vətəndaşın təhsil aldığı "ADA" Universiteti özünün əsas məqsədini qlobal baxışlı liderlər və məsuliyyətli vətəndaşlar yetişdirməsində görür. Universitetin təhsil proqramları, tədris metodikası dünyanın ən qabaqcıl təcrübəsinə əsaslanır. Məzunlar dünyanın bir çox ölkələrində karyera uğurları əldə etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov