Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

İnformatika üzrə 26-cı Beynəlxalq olimpiada Tayvanda keçiriləcək

 

Bu il informatika üzrə 26-cı Beynəlxalq olimpiada 13-20 iyul 2014-cü il tarixlərdə Tayvanda (Çin) keçiriləcək. Bilik yarışının təşkilatçıları Çinin Təhsil Nazirliyi, Elm və Texnologiyalar Nazirliyi, Tayvan Milli Ümumtəhsil Universitetidir. Sponsorlar isə "Acer", "Chunghwa Telecom", "İntel" və "Cisco" şirkətləridir.

Hər il olduğu kimi, 2014-cü ildə də riyaziyyat, kimya, fizika, biologiya fənləri üzrə beynəlxalq olimpiadalar keçiriləcək. Riyaziyyat üzrə beynəlxalq olimpiada 3-13 iyul tarixdə Cənubi Afrika Respublikasında, kimya üzrə 20-29 iyulda Vyetnamda, fizika üzrə 13-21 iyulda Qazaxıstanda, biologiya üzrə isə 6-13 iyul tarixində İndoneziyada keçiriləcək.

Onu da qeyd edək ki, informatika üzrə beynəlxalq olimpiada 2015-ci ildə Qazaxıstanda, 2016-cı ildə isə ilk dəfə olaraq Rusiyada keçiriləcək.  

www.ist.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov