Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

30 şagird respublika olimpiadasının qalibidir

 

Böyütmək üçün seçinXəbər verildiyi kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və  təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində "İstedadların hazırlığı laboratoriyası" layihəsi həyata keçirilir.

Ölkənin gənc intellektual qüvvəsini aşkar edən, onlar arasında sağlam rəqabət və elmi ünsiyyət mühiti yaradan, təhsil və elm sahəsində nailiyyətlər əldə etmək imkanlarını artıran layihə yeniyetmə və gənclər arasında dəqiq və təbiət elmlərini təbliğ edir, onlara marağı artırır, bu sahələrdə biliklərin əldə edilməsi üçün motivasiya, stimul və şərait yaradır. Bu məqsədlə İKT vasitəsilə yeniyetmələrin ən geniş kütləsi bilik yarışmasına cəlb edilir, yüksək nəticələr qiymətləndirilir. Layihə çərçivəsində  fizika, riyaziyyat və kimya fənləri üzrə üç mərhələdə  onlayn formada keçirilən respublika olimpiadasında bu il 900 nəfərdən çox gənc iştirak edib. Onlardan146 nəfəri yarımfinala vəsiqə qazanıb. İyunun 23-dən-25-dək Bakıda keçirilən final turunda 81 nəfər mübarizə aparıb və onlardan 30-u qalib olub. 5 şagird I yerə, 10 şagird II, 15 nəfər isə III yerə layiq görülüb. Bakı məktəbliləri Rasim Həsənzadə və Könül Qurbanlı, Göygöl rayonunu təmsil edən Etibar Abbasov, Qəbələdən Təranə Şirinbəyli, Sumqayıt məktəblisi Mərdan Səfərov olimpiadanın qızıl medallarını alıblar. Qaliblərə medallar və qiymətli hədiyyələr təqdim olunub.

Yarışmada Sumqayıtdakı Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin şagirdləri xüsusilə fərqləniblər. Belə ki, liseyin 4 şagirdi qaliblər sırasında olub. Mərdan Səfərov qızıl, Günay Zamanlı gümüş, Şəhla Qurbanova və Ləman Səfərli bürünc medala layiq görülüb.

Daha bir Sumqayıt məktəblisi - şəhər 24 nömrəli tam orta məktəbin şagirdi Seymur Rəhimov da olimpiadada qalib gələrək gümüş medala sahib olub.

Qalibləri təbrik edir və daha böyük uğurlar arzulayırıq. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov