Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Naxçıvan Dövlət Universitetində təlim kursu başlanıb

 

Naxçıvan Dövlət Universitetində  Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "MƏDƏD-Azərbaycan" MMC-nin  birgə təşkilatçılığı ilə, ali məktəblərdə "Ümumi təhsil kurikulumunun əsasları" mövzusuna həsr olunan təlim kursuna start verilib.

Təlimin açılış mərasimində NDU-nun tədris işləri üzrə prorektoru, dosent Seyid Surə muxtar respublika rəhbərliyinin qayğısı və dəstəyi ilə təşkil olunan təlim kurslarının dövlət idarəçiliyi sahəsində milli kadr potensialı, yerli mütəxəssis hazırlığı, beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Prorektor bildirib ki, regionun 3 ali təhsil müəssisəsinin - Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Özəl Universitetin və Naxçıvan Müəllimlər İnstitutunun professor, müəllim heyətinin bu təlim kurslarında iştirak etməsi onların təhsildə müasir məsələlərlə bağlı peşəkarlığının yüksəldilməsində mühüm rol oynayır.

Təlimçi, Azərbaycan Müəllimlər İnstitutunda "Əlavə təhsilə xidmət edən kabinet"in müdiri Xuraman Nağızadə təlim kursu haqqında məlumat verərək bildirib ki, Milli Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına yönəlib. Xuraman Nağızadə bildirib ki, "Ümumi təhsil kurikulumunun əsasları" mövzusuna həsr olunan təlimin keçirilməsində əsas məqsəd ilkin müəllim hazırlığı üçün,  mövcud "Kurikulumun əsasları" fənninin tədrisi istiqamətində kadrların hazırlanmasıdır.

Qeyd edək ki, 24 günlük təlim kursuna NDU ev sahibliyi edir və sonda iştirakçılara sertifikatlar təqdim olunacaq. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov