Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

"Azərbaycanda kvalifikasiyaların təkmilləşdirilməsi" mövzusunda seminar

 

 8-9 iyul 2014-cü il tarixlərində Bakıda Təhsil Nazirliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycanda kvalifikasiyaların təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib.

Seminarda Milli İxtisas Çərçivəsində (MİÇ) kvalifikasiyalar, kvalifikasiya standartları ilə bağlı yeni anlayışlar və müxtəlif kvalifikasiya növlərinə dair ümumi məlumat verilib. Eləcə də, tədbirdə kvalifikasiya standartları və kurikulumların strukturu, məzmunu və MİÇ ilə uyğunluğu ümumi, ilk peşə-ixtisas, ali və əlavə təhsil üzrə təhlillər aparılıb və təkmilləşdirici tövsiyələr verilib.

Tədbirdə Təhsil Nazirliyinin, Avropa İttifaqının və Avropa Təlim Fondunun nümayəndələri, eləcə də müxtəlif təhsil müəssisələrinin, QHT və özəl sektorun təmsilçiləri iştirak ediblər.

Seminarda çıxış edən Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Namiq Məmmədov bildirib ki, Azərbaycanda kvalifikasiya sistemində islahatlara dair bir sıra təşəbbüslər irəli sürülüb. Bu məsələ "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da əksini tapıb. Milli İxtisas Çərçivəsi sənədinin ilkin variantı beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanıb və təsdiqlənmək üçün hökumətə təqdim olunub.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Rza Zülfüqarzadə, Avropa Təhsil Fondunun Azərbaycan üzrə koordinatoru Franka Krestani, kvalifikasiya sistemləri üzrə baş mütəxəssis Arjen Deyj çıxış edərək peşə və kvalifikasiya standartlarının hazırlanmasında biznes-təhsil əməkdaşlığının gücləndirilməsinin, digər qurumların, sosial partnyorların iştirakının zəruriliyini vurğulayıblar.

Seminar iştirakçıları daha sonra işçi qrupları şəklində təhsilin hər bir pilləsi üzrə mövcud vəziyyəti, kvalifikasiya standartları, kurikulumlar üzrə çatışmazlıqları müzakirə edib, mövcud problemlər və perspektivlərlə bağlı müvafiq təkliflər səsləndiriblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov