Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Bakı Dövlət Universitetinin yekun Elmi Şurası keçirilib

 

Böyütmək üçün şəkili seçinBakı Dövlət Universitetinin Qubanın II Nügədi kəndindəki Tədris-təcrübə və istirahət mərkəzində elmi şuranın genişləndirilmiş iclası keçirilib.

Əvvəlcə toplantı iştirakçıları mərkəzdəki ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açıb. Rektor bildirib ki, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən Prezident İlham Əliyev bu sahəyə çox yüksək diqqət və qayğı göstərir. Bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfə verdiyi, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığı qeyd olunub.

Tədbirdə Quba Tədris-təcrübə və istirahət mərkəzi haqqında ətraflı məlumat verilib. Mərkəz 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə açılıb. Eyni zamanda 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetdə təhsil alan tələbələr üçün müxtəlif tədris təcrübələri keçmək, eləcə də müəllim və tələbələrin istirahəti üçün hər cür şərait yaradılıb.

Toplantıda Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev və Milli Məclisin deputatı Vahid Əhmədov çıxış edərək ölkəmizin təhsil, eləcə də digər sahələrdə əldə etdiyi uğurlardan söz açıblar.

İclasda BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva 2013-2014-cü tədris ilində Yekun Dövlət Attestasiyası və yay imtahan sessiyasının nəticələri, yay çöl-tədris və istehsalat təcrübələrinin keçirilməsi ilə bağlı məruzəsi ilə çıxış edib.

Elmi Şuranın iclasında elmi adların verilməsi, yay semestrinin təşkili, yay imtahan sessiyasında iştirak edən əlaqələndiricilərə mükafatların verilməsi, tədris planlarının təsdiqi, AMEA-nın yeni seçilmiş həqiqi və müxbir üzvlərinin, o cümlədən yubilyarların təbrik edilməsi, həmçinin ilin nəticələrinə görə seçilənlərin mükafatlandırılması kimi məsələlərə baxılıb. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov