Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Təhsil Nazirliyində növbəti mətbuat konfransı

 

Böyütmək üçün şəkili seçinİyulun 7-də Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov və Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev iştirak ediblər.

Təhsil Nazirliyinin nümayəndələri SABAH qruplarına qəbul imtahanları, ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüdün verilməsi, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan tələbələrin aylıq təqaüdlərinin məbləğinin artırılması, İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması, müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələri, Beynəlxalq Bakalavriat Proqamı üzrə nəticələr, ictimai təşəbbüslərin dəstəklənməsi ilə bağlı QHT-lər və ekspertlər arasında növbəti qrant müsabiqəsinin elan olunması və digər məsələlər haqqında ətraflı məlumat veriblər.

Mətbuat konfransında Təhsil Nazirliyinin əməkdaşları media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov