Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Bakı Slavyan Universitetində yunanşünaslığın inkişaf perspektivləri müzakirə olunub

 

Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dimitrios Tsungas və Yunanıstanın keçmiş təhsil naziri, Beynəlxalq "Onassis" Fondunun təhsil üzrə baş katibi cənab Petros Evfimiu Bakı Slavyan Universitetinin qonağı olublar.

BSU-nun  rektoru, professor Asif Hacıyevlə görüş zamanı qonaqlar ali təhsil ocağında  yunanşünaslığın inkişafından razı qaldıqlarını ifadə etməklə yanaşı, "Onassis" Fondunun təhsil üzrə Azərbaycanda həyata keçirəcəyi layihələrin Bakı Slavyan Universitetinin dəstəyi və iştirakı ilə reallaşmasında maraqlı olduqlarını bildiriblər. Tərəflər burada yunanşünaslığın inkişaf perspektivlərini, bu istiqamətdə Fondun təqdim etdiyi layihələrə qoşulma imkanlarını müzakirə ediblər. Cənab Petros Evfimiu qarşılıqlı anlaşmaya əsasən ilkin olaraq 2015-ci ildən  BSU-da "Qədim yunan fəlsəfəsi" kursunun tədrisinin  planlaşdırıldığını və layihənin Fond tərəfindən maliyyələşəcəyini söyləyib. Həmçinin dinləyici qismində BSU tələbələri ilə yanaşı digər ali məktəb tələbələrinin də dərslərdə iştirak edə biləcəyi xüsusilə vurğulanıb.

Əməkdaşlığın perspektivləri müzakirə olunan zaman "Azərbaycanca-yunanca lüğət"in hazırlanması, qədim yunan ədəbi abidələrinin Azərbaycan dilinə orijinaldan tərcümə olunması təklifi irəli sürülüb.  Yunan istiqamətinin inkişafı və yeni layihələrin reallaşması üçün BSU mütəxəssislərinin və tələbələrinin Yunanıstana ezam edilməsınin vacibliyi qeyd olunub.

Cənab Dimitrios Tsungas və cənab Petros Evfimiu Azərbaycan və Yunanıstan arasında təhsil sahəsində əlaqələrin hər iki dövlət səviyyəsində dəstəkləndiyini və bu layihənin  məhz BSU-nun iştirakı ilə həyata keçiriləcəyi üçün universitet rəhbərliyinə minnətdarlıq hissi duyduqlarını vurğulayıblar.   

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov