Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Azərbaycan Dillər Universitetində yeni layihəyə yekun vurulub

 

Azərbaycan Dillər Universitetində  "Sönməz məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi "Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda" adlı layihənin yekunlarına həsr edilmiş təqdimat mərasimi olub.   Mərasimdə çıxış edən "Sönməz məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri, ADU-nun xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva Melburnda fəaliyyət göstərən Dikin Universitetində layihə çərçivəsində bu il iyunun 15-dən 22-dək ölkəmizin gənc qadın rəssamları Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərlərindən ibarət sərgi keçirildiyini söyləyib. O, universitetin tələbə və müəllimlərinin sərgidə  rəssamların "Qarabağ atları", "Şuşa məscidi", "Torpaq həsrəti", "Xudafərin körpüsü", "Xarı bülbül", "Gözlərdə Qarabağ həsrəti" və s. rəsmləri ilə tanış olduqlarını xatırladıb.

Layihə çərçivəsində Dikin Universitetində Azərbaycan guşəsi yaradıldığını, burada ölkəmizin tarixi və mədəniyyəti, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə geniş informasiyalar, kitab və broşürlər təqdim olunduğunu deyən Ş.Nağıyeva həmin guşənin uzun müddət təhsil müəssisəsində saxlanılacağını diqqətə çatdırıb.

Ş.Nağıyeva, həmçinin tədbir iştirakçılarına "Xocalıya ədalət!" kampaniyası çərçivəsində hazırlanmış bukletlər, eləcə də erməni işğalını göstərən xəritələr paylanıldığını söyləyib. Bildirilib ki, erməni terroru, Xocalı faciəsi, eləcə də Azərbaycan tarixi və mədəniyyəti,  mətbəxi və s. ilə bağlı kitablar Dikin Universitetinin kitabxanasına hədiyyə edilib.

Əsərləri Melburnda nümayiş olunan rəssam Nərminə Vəliyeva layihənin gerçəkləşməsində xidməti olanlara təşəkkürünü bildirib.

Amerikalı şair və tədqiqatçı Əlison Məndəvil "Sönməz məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib.

Tədbirdə Melburnda keçirilən sərgi barədə fotoşəkillər, İctimai Televiziyada hazırlanan verilişdən fraqment nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihənin məqsədi respublikamızın uzaq Avstraliyada təbliği, zəngin mədəniyyətimizin bu ölkədə tanınmasına xidmət göstərmək, Azərbaycan həqiqətləri barədə məlumatlar verməkdir.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov