Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Bakıda məhəllələrarası mini-futbol turniri keçirilib

 

Böyütmək üçün şəkili seçinBakının Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2003-2004-cü il təvəllüdlü uşaqlar arasında keçirilən turnir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Babayev Çingiz Adil oğlunun xatirəsinə həsr edilib. Turnirin oyunları Yasamal rayonu Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən mini-futbol və 21 nömrəli tam orta məktəbin futbol meydançalarında keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülovdan aldığımız məlumata görə,  yarışmanın 3-cü yer uğrunda oyununda "Karvan", "İnter" komandaları arasında keçən gərgin mübarizə  birincinin qələbəsi ilə nəticələnib. "Yasamal" və "Şahdağ" komandaları arasında keçirilən final qarşılaşmasında isə "Yasamal" komandası daha inamlı oyun nümayiş etdirərək  qalib gəlib.  Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev, baş məsləhətçisi Salman Əbdülov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Babayevin atası Adil Babayev və digər  şəxslər  iştirak ediblər.  Çıxış edənlər  futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, ölkə  Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın yüksək səviyyədə icra olunduğunu bildiriblər.  Milli Qəhrəman Çingiz Babayevin vətənpərvərliyi və fədakarlığı haqqında məlumatlar verilib.

Tədbirin sonunda qalib komandaların üzvləri müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov