Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

"Nə? Harada? Nə zaman?" oyununun final mərhələsi keçirilib

 

12-13 iyul tarixində Azərbaycan Müəllimlər İnstitutu (AMİ) və Xəzər İntetellektual Gənclər Klubunun birgə təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən II Ağıl Oyunları Festivalı çərçivəsində "Nə? Harada? Nə zaman?" oyununun final mərhələsi baş tutub.

İyulun 12-də Kempinski Hotel Badamdarda keçirilmiş final yarışının açılış mərasimində AMİ-nin tərbiyə işləri üzrə prorektoru Rəşad Sadıqov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində keçirilən intellektual yarışların əhəmiyyətindən danışıb. 

O, AMİ-nin ötən il keçirilmiş gənclər arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə VI Çağırış Kubokunun və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Nə? Harada? Nə zaman?" oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının da tərəfdaşlarından biri olduğunu qeyd edib.

Xəzər İntellektual Gənclər Klubunun rəhbəri Seymur Teymurov tədbirdə çıxış edərək gənclərin intellektual potensialının inkişafı üçün yaradılmış imkanların əhəmiyyəti, yarışın təşkili və final mərhələsinin şərtləri haqqında danışıb. Vurğulanıb ki, II Ağıl Oyunları Festivalının ümumilikdə 2000-dən çox gəncin iştirak etdiyi seçim turları Azərbaycanın 16 şəhərində, o cümlədən AMİ və onun 11 filialında sinxron olaraq təşkil olunub. AMİ və onun filialları üzrə seçim turunda 100-dən çox komandanın iştirak etdiyi seçimlərdə ən yaxşı nəticə göstərmiş 35 paytaxt, 25 region komandası, o cümlədən hər filialdan bir komanda festivalın finalına vəsiqə qazanıb.

 Yarışın təşkilati işlərində fəal iştirakına görə prorektor R.Sadıqov, institutun mətbuat və informasiya şöbəsinin müdiri N.İbrahimov və 10-a yaxın tələbəsi fəxri fərmanla təltif olunub. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov