Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

Təhsilimizin uğurları

Ən yaxşı müəllimlərimiz

 

Mehriban HÜSEYNLİ,
Gəncə şəhər 43 nömrəli tam orta məktəbin biologiya müəllimi

1977-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə Gəncə Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2008-2009-cu tədris ilində keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 2013-2014-cü ildə Təhsil Nazirliyinin xətti ilə keçirilən "Elektron təhsil" müsabiqəsində fərqlənib. Bir çox treninq və seminarların iştirakçısıdr. Tədris etdiyi fənn üzrə şagirdləri dəfələrlə respublika fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə qalib olublar.  Şagirdləri qəbul imtahanlarında yüksək nəticələr əldə edərək respublikanın müxtəlif ali təhsil müəssisələrinə daxil olub.


Nabat QASIMOVA,
Gəncə şəhər 39 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

1962-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını və Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidən hazırlanma kursunda  riyaziyyat və informatika ixtisasını bitirib. Müxtəlif treninq və seminarların iştirakçısı olub və sertifikatlar əldə edib. 13 dekabr 2009-cu ildə İctimai Televiziyada "Kosinuslar  teoremi" mövzusunda "açıq dərs"i nümayiş olunub. Şagirdlərindən bir çoxu fənn olimpiadalarında və qəbul imtahanlarında yüksək nəticələr əldə edib.  2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.


Nərgiz QURBANOVA,
Gəncə şəhər 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

1979-cu ildə Gəncə şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. Hazırda ADU-da magistratura pilləsi üzrə təhsilini davam etdirir.  2008-ci ildən Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə işləyir. Azərbaycan müəllimlərinin XIV qurultayının nümayəndəsi olub. Təhsil Nazirliyi və bir sıra qeyri-dövlət təşkilatları tərəfindən keçirilən treninq və seminarlarda fəal iştirak edib. "Təlimçi" statusu alıb. 2012-2013-cü tədris ilində keçirilənn yaxşı müəllim" müsabiqəsinin qalibi olub.


Yeganə SƏFƏROVA,
G
əncə şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

1971-ci ildə Gəncə şəhərində anadan olub. 1991-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib. 2011-ci ildə "Ən yaxşı müəllim"müsabiqəsinin qalibi olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bir çox treninq və seminarların fəal iştirakçısı olaraq sertifikatlar əldə edib. Dərs prosesində müasir təlim metodlarından istifadəyə üstünlük verir.


Zərri SÜLEYMANOVA,
G
əncə şəhər 10 nömrəli tam orta məktəbin fizika müəllimi

1963-cü ildə anadan olub. 1984-cü ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirib. 1984-1988-ci illərdə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndindəki orta məktəbdə fizika müəllimi işləyib. 1989-cu ildən Gəncə şəhər 10 nömrəli tam orta məktəbdə çalışır. Müxtəlif treninq və seminarların iştirakçısıdır. Pedaqoji fəaliyyətində fərqləndiyinə görə dəfələrlə Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən Fəxri fərmanlar alıb. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

Hazırladı: Niyazi RƏHİMOV,
"
Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov