Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil edilib

 

Böyütmək üçün şəkili seçinMəlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin formalaşdırılması və inkişaf etdirilməsində böyük rol oynamışdır. Milli ədəbiyyat tarixinin yaradılmasında yaxından iştirak edən alim respublikada yüksək ixtisaslı elmi kadrların hazırlanması işinə töhfələrini əsirgəməmişdir.

Sərəncamdan irəli gələrək digər dövlət qurumları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasına da ədibin yubileyinin keçirilməsi barədə tapşırıqlar verilib. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında akademik Məmməd Arifin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdir. Sərgidə ədibin həyat və yaradıcılığını əks etdirən ədəbiyyatlar, kitablar nümayiş olunmuşdur.

"Əsərləri", "Redaktoru olduğu əsərlər", "Tərcümələri" və s. bölmələri üzrə kitablar, o cümlədən haqqında yazılan əsərlər və dövrünü əks etdirən kitablar da nümayiş etdirilmişdir.  Nümayiş olunan 200-ə yaxın ədəbiyyat həm ənənəvi, həm də virtual olaraq Azərbaycan, rus, Şərqi və Qərbi Avropa dillərində təqdim olunmuşdur. Sərgidə həmçinin fotoşəkillər, videomateriallar da öz əksini tapmışdır.  

Rəşad SAHİL,
AMEA Mərkəzi Elmi
Kitabxanasının İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov