Bakı
şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində 8 nömrəli
sanatoriya tipli internat məktəbi
Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsindəki 8
nömrəli sanatoriya tipli internat məktəbi Heydər Əliyev
Fondunun "Uşaq evləri və internat məktəblərinin
inkişafı" proqramı çərçivəsində əsaslı təmir edilib.
Məktəb 1962-ci ildən fəaliyyət göstərir. Yararsız
vəziyyətdə olan internat məktəbinin təmirinə 2012-ci
ilin martında başlanılıb və sentyabr ayında təmir işləri
başa çatıb. 2012-ci il sentyabrın 13-də Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva məktəbin açılışında
iştirak edib.
Məktəbin ümumi sahəsi dörd hektardır. 290 şagird yerlik
sanatoriya tipli internat məktəbi iki hissədən - tədris
korpusu və yataqxanadan ibarətdir. İkimərtəbəli tədris
korpusunda xüsusi avadanlıqla təchiz olunmuş linqafon,
fizika, kimya, hərbi vətənpərvərlik, əmək, kompüter
otaqları və müxtəlif fənn kabinetləri fəaliyyət
göstərir. Burada həmçinin idman zalı, kitabxana, həkim
otağı, 160 nəfərlik akt zalı vardır.
Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion inşa
edilib. Stadionda idmanın müxtəlif növləri - basketbol,
futbol, voleybol, tennis ilə məşğul olmaq imkanı vardır.
Məktəbin ayrıca su anbarı vardır. Binada təhlükəsizlik
kameraları quraşdırılıb.
Üçmərtəbəli yataqxanada geniş və işıqlı yeməkxana, 10
yataq, 18 istirahət, kompüter otaqları, həmçinin həkim
kabineti vardır. Binada valideynlərin istirahəti və
gecələməsi üçün şərait yaradılıb.
|