Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

Məhəllələrarası mini-futbol turnirinin qalibləri mükafatlandırılıb

 

Böyütmək üçün şəkili seçinXətai rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilib.  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2003-2004-cü illər təvəllüdlü uşaqlar arasında keçirilən turnir torpaqlarımızın azadlığı uğrunda şəhid olan Rüfət Məmmədovun xatirəsinə həsr edilib.

Turnirin oyunları Xətai rayonundakı 269 nömrəli tam orta məktəbin idman meydançasında keçirilib. Yarışmanın 3-cü yer uğrunda oyununda "Qafqaz" komandası "Xəzər" komandasına 4:2 hesabı ilə qalib gəlib. Final oyununda isə "Kombinat" komandası "Xətai" komandasına 3:0 hesabı ilə qalib gələrək I yeri tutub.

Qalib komandaların təltif edilməsi mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Xətai rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Zemfira Baxşıyeva, şəhid Rüfət Məmmədovun qardaşı Samir Məmmədov və digər şəxslər iştirak ediblər. Çıxışlarda futbolun inkişafında, xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığından, həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olan Rüfət Məmmədovun vətənpərvərliyi və fədakarlığından söhbət açılıb. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli diplomları, idman geyimləri və kubokla təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov