Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçiriləcək

 

 İyulun 24-dən avqustun 2-dək dünyasını vaxtsız dəyişmiş Azərbaycanın görkəmli şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 8-10-12 yaşlı uşaqlar arasında beynəlxalq şahmat turniri keçiriləcəkdir. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdan aldığımız məlumata görə,  turnirdə 8-10-12 yaşa qədər oğlan  və qızlar, dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan çempionatında 1-3 yerləri tutan şahmatçılar  və  I dərəcəsi olan şahmatçılar iştirak edə bilərlər.  Yarış  İsveçrə  sistemi  üzrə  keçiriləcək.

Doqquz turdan ibarət olacaq Vüqar Həşimov memorialının qalibi Şahmat Federasiyasının hesabına Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatına ezam ediləcək. Qalib şahmatçı, eyni zamanda, Vüqar Həşimov kuboku ilə təltif olunacaqdır. Gümüş medalçı "Baku Open 2014", bürünc mükafatın sahibi isə "Naxçıvan Open 2015" beynəlxalq şahmat festivallarına qatılacaq.

Hər yaş qrupunun qalibləri qiymətli hədiyyələrlə, medal və diplomlarla təltif olunacaqlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov