Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

Voleybol üzrə respublika birinciliyinə yekun vurulub

 

İyulun 5-dən 9-na kimi Mingəçevir şəhəri "Kür" Olimpiya İdman-Tədris Mərkəzinin  idman zalında Yeniyetmələrin IX Respublika Oyunlarının proqramına daxil olan voleybol üzrə 1999-2000-ci il təvəllüdlü qızlar arasında Respublika birinciliyinin final mərhələsi keçirilib.

Finalda Şəki, Qax, Zaqatala, Mingəçevir, Sumqayıtdan olan komandalar, eyni zamanda Bakıdakı 15, 17 nömrəli uşaq-gənclər idman məktəbləri və Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri  daxil olmaqla 8 komanda iştirak edib. 

Birincilikdə  Bakıdakı  15 nömrəli Uşaq-Gənclər İdman Məktəbi  I,  Sumqayıt şəhər "Təhsil" İdman Mərkəzi II, Bakı şəhər Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi III, Qax IV, Bakıdakı 17 nömrəli Uşaq-Cənclər İdman Məktəbi   V, Mingəçevir VI, Şəki VII, Zaqatala komandası  isə VIII yeri tutub. Yarışın qalib və mükafatçıları Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov