Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

"ADA" Universitetinin təşkil etdiyi 8-ci Bakı Yay Enerji Məktəbi başa çatıb

 

"ADA" Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birgə 8-ci Bakı Yay Enerji Məktəbini uğurla başa çatdırıb.

Universitetdən AzərTAc-a verilən məlumata görə, iyulun 8-12-də baş tutmuş Yay Enerji Məktəbində bu il ABŞ, Almaniya, Rumıniya, Oman, Yunanıstan, Bolqarıstan, Küveyt, Meksika, Macarıstan, Belçika, Özbəkistan, İtaliya, İran, Venesuela, İspaniya, Türkiyə, Xorvatiya, Norveç, Qazaxıstan və Azərbaycandan 39 iştirakçı iştirak edib. İki həftəlik sertifikat proqramı qlobal və Xəzər enerji, ətraf mühit məsələlərini təhlil etmək və bu sahələr üzrə daha yaxşı anlayış əldə etmək üçün dünyanın tanınmış alimlərini, akademiklərini və siyasətçilərini bir araya gətirib. Regional boru xətti və enerji təhlükəsizliyinin inkişafı ilə yanaşı, iştirakçılar enerjinin əsasları, enerji hüququ və iqtisadiyyatı, ətraf mühitə təsir, neft və qaz sənayesində idarəçilik və ARDNŞ-in strateji perspektivləri kimi məsələlərlə daha geniş tanış olmaq imkanı əldə ediblər.

Bakı Yay Enerji Məktəbi dünyanın hər yerindən olan dövlət və özəl sektor rəhbərləri ilə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır. İştirakçılar Azərbaycanın xarici işlər, energetika, ekologiya və təbii sərvətlər nazirləri ilə yanaşı TAP, bp, ExxonMobil, Total, Statoil, LUKOIL neft şirkətləri rəhbərlərinin əsas məruzəçi olduqları yay məktəbində problemli məsələləri müzakirə ediblər. Yay məktəbində Oxford, Sciences-Po, Prinston universitetlərindən, Rusiya Elmlər Akademiyasından dünya elminin görkəmli mütəxəssisləri də iştirak ediblər. Bu proqram Bakı-Tbilisi-Ceyhan boru xətti, Səngəçal neft terminalı, palçıq vulkanları, Azərbaycanın ilk neft maqnatı Hacı Zeynalabdin Tağıyevin və dünya şöhrətli Nobel qardaşlarının ev-muzeyləri kimi Azərbaycanın qədim və müasir neft sənayesi ilə bağlı olan yerləri gəzmək üçün imkan yaradıb.

Proqram tamamlandıqdan sonra iştirakçılar "ADA" Universitetinin sertifikatları ilə mükafatlandırılıblar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov