Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Təhsil naziri media nümayəndələrini peşə bayramı münasibəti ilə təbrik edib

 

 Təhsil naziri Mikayıl Cabbarov facebook səhifəsində media nümayəndələrini milli mətbuatımızın yaranma günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

- Əziz media nümayəndələri!

Milli mətbuatımızın yaranma günü təkcə peşə bayramı deyil, həm də söz, milli düşüncə və mədəniyyət hadisəsidir. Əgər biz 139 il əvvələ boylansaq görərik ki, yeni yaranan "Əkinçi", "Kəşkül", "Kaspi" qəzetlərinin, "Molla Nəsrəddin", "Füyuzat" və digər o dövrdə nəşr olunan mətbuat orqanlarında əsas məzmun və mahiyyət milli intibah, maarif işığı, mədəniyyət təməli və tərəqqi ünvanıdır. Bu da mətbuatın təsir gücünün və yeni ideallar uğrunda apardığı mübarizənin ayrı-ayrı xətləri idi. Maraqlısı odur ki, Azərbaycanda milli mətbuatın əsasını qoyan insanlar həm də müəllimlər olublar. Ona görə də o dövrün mətbuatı əsas hədəfə - milli dövlətçiliyin yaranması amalına nail ola bildi.

Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil və onlarca digər azərbaycanlı müəllim, milli mətbuatımızın əsasını qoyan insanlar kimi, həm də maarif işiğını bu yolla yayırdılar. Bu dövrdə yaranan bir çox mətbuat nümunələrinin adları da çox zaman maarif sözü ilə birgə çəkilirdi.

Hörmətli dostlar!

Azərbaycanın yeni cəmiyyət quruculuğu, milli təhsilimizin inkişaf tendensiyaları həm də mətbuatımızın güzgüsündə əks olunur. Biz hər zaman bu güzgünün şəffaf olmasını arzulamışıq.

Gördüyümüz hər bir işin iştirakçısı həm də media olub. Biz təhsilimizin yeni hədəflərinə doğru media ilə birlikdə addımlayırıq. Bu da bizim üçün çox əhəmiyyətlidir. Yeni yanaşma və addımlarımızın keyfiyyətcə hansı mərhələyə qədəm qoyması həm də medianın üzərinə ciddi öhdəliklər qoyur. Bu əməkdaşlıqdan məmnunam və media nümayəndələrinin peşə bayramını təbrik edirəm!

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov