Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün təlimlər başa çatıb

 

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün "Kredit sistemi ilə tədrisin təşkili qaydaları"na dair təlim proqramını müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

Azərbaycan Dövlət İqtisad Universitetindən AzərTAc-a bildiriblər ki, bu münasibətlə təşkil olunan mərasimdə ADİU-nun rektoru, professor Ədalət Muradov təhsil müəssisəsində kredit sistemi ilə tədrisin müvəffəqiyyətlə tətbiq edildiyini xatırladıb.

Eyni zamanda qeyd olunub ki, təlimlərdə dinləyicilər kredit sistemində Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar, tədris prosesinə nəzarətin təşkili, tələbə və müəllim mobilliyi, təcrübə, yay semestri, yekun dövlət attestasiyasının təşkili və s. barədə məlumatlar əldə ediblər.

Təhsil nazirinin müşaviri İlham Pirməmmədov bildirib ki, Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən "Orta ixtisas təhsili müəssisələri üçün tyutor hazırlığı" proqramının davamı kimi təşkil olunan təlimlərdə 54 kollecdən 62 nəfər iştirak edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov