Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

KİV nümayəndələrinə Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin hədiyyələri təqdim olunub

 

Böyütmək üçün şəkili seçin İyulun 21-də Təhsil Nazirliyi Heydər Əliyev Mərkəzi ilə birgə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirib.

Tədbir çərçivəsində KİV nümayəndələri Heydər Əliyev Mərkəzində hazırda fəaliyyət göstərən sərgiləri və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey ilə başlanan tanışlıq "Azərbaycan inciləri: tarixin axarında", "Bakıya uçuş: müasir Azərbaycan incəsənəti", Adrian Steirnin "Afrikanın vəhşi təbiəti", Toni Kreqqin və Anri Kartye-Bressonun "Paris" sərgilərinə baxışla davam etdirilib. Jurnalistlər burada nümayiş olunan əsərləri, eksponatları böyük maraqla izləyiblər.

Tədbirdə KİV nümayəndələrinə 22 iyul - jurnalistlərin peşə bayramı münasibətilə Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin hədiyyələri təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov