Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Bölgələrdə yeni məktəb binaları istifadəyə veriləcək

 

BƏRDƏ. Rayon təhsil şöbəsindən  bildiriblər ki,  təhsil müəssisələrinin maddi-texniki tədris bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikintisi diqqət mərkəzindədir.

Son illərdə rayonda 21 yeni məktəb binası tikilərək istifadəyə verilib. Hazırda Qazaxlar kəndində 180, Nazırlı kəndində 220, Bərdə şəhər 7 nömrəli tam orta məktəbi üçün 380 şagird yerlik məktəb binaları tikilir. Şəhər 2 və 6 nömrəli tam orta məktəbləri isə əsaslı təmir olunur. Bu məktəb binalarının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.

KÜRDƏMİR. Rayon təhsil şöbəsindən  aldığımız məlumatda  bildirilir ki,  rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi  istiqamətində işlər davam edir. Hazırda Xınıslı və Mürtülü kənd tam orta məktəbləri üçün   180 şagird yerlik təzə binalar dövlət vəsaiti hesabına tikilir.

Hər iki binada tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq.

Tədris ocaqları müasir istilik sistemi ilə də təchiz ediləcək. Hər iki məktəb yeni dərs ilində istifadəyə veriləcək.

YEVLAX. Rayon təhsil şöbəsindən  aldığımız məlumata görə, yeni dərs ilində 1176 şagird yerlik şəhər 3 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri başa çatmaq üzrədir. Bundan başqa, rayonun  Əcəmi  və Yuxarıbucaq kəndlərində də 180 şagird yerlik ümumi orta məktəb binaları yeni dərs ilində qapılarını şagirdlərin üzünə açacaq.

Müasir standartlara cavab verəcək  bu binaların maddi-texniki bazası tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək.

GÖYGÖL. Rayon təhsil şöbəsindən redaksiyamıza daxil olan  məlumata görə, rayonun Şəhriyar kəndində 180 şagird yerlik tam orta məktəb, Bəhrəmbağ və Üçbulaq kəndlərinin  hər birində isə 80 şagird yerlik ümumi orta  məktəb binaları dövlət vəsaiti hesabına inşa olunur.

Məktəb binaları yeni, müasir istilik sistemi, geniş və rahat sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, idman, iclas zalları və s. təmin olunacaq. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov