Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin 2 məzunu 700, ümumilikdə 100 məzundan 62 nəfəri 600-dən çox bal toplayıb

 

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunları bu il ali məktəblərə qəbul imtahanlarında lisey və ölkə üzrə rekord nəticə göstəriblər.

Lisey direktoru Kadir Bektaşoğlunun verdiyi məlumata görə, bu il liseyin iki məzunu - 1-ci ixtisas qrupu üzrə Fatimeyizəhra Nəbizadə və 2-ci ixtisas qrupu üzrə isə Samir Rzayev 700 bal toplayıb.

Ümumilikdə bu il  məktəbi bitirən 100 məzundan 62 nəfəri  (62%) 600-dən, onların 29 nəfəri isə 650-dən çox bal toplayıb.

Lisey direktorunun məlumatına görə, 1-ci ixtisas qrupu üzrə imtahan vermiş 21 məzundan 13 nəfəri (62%), 2-ci ixtisas qrupu üzrə imtahan vermiş 45 məzundan 23 nəfəri (49%), 3-cü ixtisas qrupu üzrə imtahan vermiş 13 məzundan 9 nəfəri (69%) və 4-cü ixtisas qrupu üzrə imtahan vermiş 21 məzundan 18 nəfəri (86%) 600-dən çox bal toplayıb.

Kadir Bektaşoğlu builki nəticələrin lisey təhsil tarixində rekord olduğunu, yüksək nəticə göstərən məzunları ürəkdən təbrik etdiklərini, ayrıca əziyyət çəkən fədakar müəllim kollektivinə, valideynlərinə və təhsil fəaliyyətlərində özlərinə  hər cür dəstək verən rəsmi qurum və idarələrə minnətdar olduqlarını bildirdi.

Məlumat üçün bildirək ki, liseyin daha əvvəlki (2009, 2010, 2012-ci illər)  illərdə 6 məzunu 700 bal toplayıb. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov