Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

"Bu il yüksək bal toplayanların sayı artıb"

 

"Ötən ilə nisbətən bu il I və IV ixtisas qruplarında yüksək bal toplayanların sayı artıb". Modern.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O bildirib ki, ötən il I qrup üzrə 367 nəfər 600-dən çox bal toplayıb: "Bu il isə onların sayı 487 nəfərdir. IV qrup üzrə  403 nəfər 600-dən çox nəticə göstərib. Bu ilə isə artım nisbətən çoxdur. Bu artım 500 baldan çox toplayanlara da aiddir. Bu da onu göstərir ki, I ixtisas qrupu üzrə qəbul planı ötən ilə nisbətən təxminən 4 faizə qədər artıb".

E.Nağızadənin sözlərinə görə, I qrup üzrə ali təhsil ocaqlarına müsabiqədə 12319 nəfər iştirak edəcək: "Amma yer planı 12052 nəfər nəzərdə tutulub. IV qrup üzrə isə qəbul planında cüzi fərq var. Cəmi 32 plan yeri artaraq 4482 yer ayrılıb".

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov