Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

VI uşaq muğam festivalında ölkəmizi iki şagird təmsil edəcək

 

 Artıq 18 ildir ki, Azərbaycanda uşaq muğam festivalları təşkil edilir. Bu festivallar "Kainat" Gənclik Mərkəzi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.  2009-cu ildən bu festival artıq beynəlxalq status alıb. Bu il  keçiriləcək 6-cı beynəlxalq tədbirə ölkəmizlə yanaşı, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Hindistan, İran, Tacikistan, İraq və Misirin uşaq muğam ifaçılarının qatılacağı da gözlənilir. Festivalın münsiflər heyətinə tanınmış tarzən, xalq artisti, professor Ağasəlim Abdullayev rəhbərlik edəcək.

Ölkəmizi bu  festivalda təmsil edəcək istedadlar da artıq bəlli olub. Onlar Qax rayonundan olan  Mövlud Muxtarzadə və Qəbələdən Rəsul Mahmudovdur. Yeri gəlmişkən qeyd  edək ki, gələcəkdə Daşkənddə keçiriləcək "Ana yurdun rəngləri" beynəlxalq instrumental ifaçılar festivalına azərbaycanlı gənclər də dəvət olunub. Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı və "Kainat" Gənclik Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi beynəlxalq uşaq muğam festivalı xarici  ölkələrdə  artıq örnək halına çevrilməkdədir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov