Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

25 ildən sonra məzunlarla görüş

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Dövlət Pedaqoji Universitetində bu ali təhsil ocağının filologiya fakültəsini 1988-ci ildə bitirən məzunlar müəllim heyəti və həmkarları ilə görüşüblər. Görüşü giriş sözü ilə açan filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov fakültənin tarixindən danışıb, burada güclü elmi potensiala malik olan 27 nəfər elmlər doktoru və professorun çalışdığını vurğulayıb. Sonra dünyasını dəyişən müəllimlərin,  filoloq-alimlərin (Xeyrulla Məmmədov, İsrail Mustafayev, İsmayıl Şıxlı, Mürsəl Həkimov, Paşa Əfəndiyev, Tağı Xalısbəyli və başqaları) xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Novruzov, Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizxan Tanrıverdiyev, xarici dillər kafedrasının müdiri Gülçöhrə Alıyeva, rus dili kafedrasının müdiri Leyla Vəzirova, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri (APİ-nin məzunu) Yusif Aslanov məzunları salamlayıb, xatirələri dilə gətiriblər.  Azərbaycan Dövlət Pedaqoji Universitetində və ümumtəhsil məktəblərində yeni fənn kurikulumlarının tədrisi metodikasından söz açan natiqlər   ali məktəblərə tələbə hazırlığında orta məktəb müəllimlərinin üzərinə düşən vəzifələr və müasir təlim texnologiyalarının tətbiqi ilə əlaqədar  fikir və mülahizələrini bölüşüblər.

Məzunlardan Hüseyn Məmmədov, Qələmnaz Abbasova, Adıgözəl Hacıyev, Nəsir Əhmədov, Səftər Dadaşov, Məhəbbət Babayev, Məhəmməd Abdullayev, Adil Şamiloğlu, Zərifə Sufi (Mikayılova) tələbəlik illərindən yaddaqalan xatirələrdən danışıb, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin məzunu olmasından iftixar hissi keçirdiklərini bildiriblər.

Məzunlar  tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə, filologiya fakültəsinin dekanı B.Xəlilova, 1988-ci il məzunu H.Məmmədova öz təşəkkür və minnətdarlıqlarını bildiriblər. 

Allahşükür KƏRİMOV,
Masallı rayonu N.Orucov adına Şıxlar kənd
1 nömrəli ümumi orta məktəbin direktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov