Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Qadın şahmatçılarımız Avropa çempionatında mübarizə aparırlar

 

Bolqarıstanın Plovdiv şəhərində keçirilən şahmat üzrə qadınlar arasında Avropa çempionatında 7-ci turun görüşləri başa çatıb. 7-ci turda 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin təcrübəli şahmatçılarından olan  Günay Məmmədzadə Fransa təmsilçisi Sofie Milliet üzərində qələbə qazanaraq 5 xalla 8-ci pilləyə yüksəlib. İdman məktəbinin direktoru Natiq Ələkbərovdan aldığımız məlumata görə,  digər təmsilçimiz Gülnar Məmmədova isə rus şahmatçısı Diana Balenkanı məğlubiyyətə uğradıb. Bu turda Səbinə İbrahimova, Nərmin Xələfova və Nərmin Məmmədova da aktivlərinə 1 xal yazmağa nail olublar. Türkan Məmmədyarova, Nərmin Kazımova  və Aytən Əmrayeva isə rəqibləri ilə xalları yarı bölüblər.

Beləliklə, 7-ci turdan sonra Günay Məmmədzadə 5 xal, Gülnar Məmmədova 4.5 xal,  Xəyalə Abdulla, Türkan Məmmədyarova və Nərmin Kazımova 4 xal, Səbinə İbrahimova və Nərmin Xələfova 3.5 xal, Aytən Əmrayeva və Nərmin Məmmədovanın 3 xal və Nərmin Söyünlünün aktivində isə 1.5 xalı var. Rusiya şahmatçısı Valentina Qunina 6.5 xalla turnirin yeganə lideridir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov