Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

Təhsil Nazirliyinin nəzdindəki təmayüllü liseylərə şagird qəbulu elan edilib

 

Təhsil Nazirliyinin nəzdindəki Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərin VII, VIII və IX siniflərinə şagird qəbulu elan edilib.

Liseylərdə yüksək qabiliyyətli şagirdlərin təhsili üçün fərqli proqram tətbiq olunacaq, istedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq şərait yaradılacaqdır. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz ediləcəkdir. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar.

Liseylərə qəbul imtahanları 15-16 avqust 2014-cü il tarixlərində iki mərhələdə keçiriləcəkdir. Birinci mərhələdə namizədlərin intellektual potensialını müəyyən etmək üçün psixoloji test təşkil olunacaq. İkinci mərhələdə VII sinif şagirdləri Azərbaycan dili və riyaziyyat, VIII və IX sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən liseylərin profilinə uyğun olaraq imtahan verəcəklər.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər avqustun 12-dək liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə bilərlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov