Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir

 

Avqustun 1-də görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilmiş beynəlxalq turnir başa çatıb. İyulun 24-də - Vüqar Həşimovun ad günündə start götürən turnirdə 12 yaşadək şahmatçılar mübarizə aparıblar.  Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ikinci Fəxri xiyabana gələrək məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsini ehtiramla yad ediblər.

Turnirin bağlanış mərasimində çıxış edənlər yeniyetmə şahmatçılara Vüqar Həşimovun  xatirəsini həmişə uca tutmağı tövsiyə edərək yüksək səviyyədə keçirilən yarışın şahmatın təbliğində rolundan danışıblar. Daha sonra şahmatçımız Vüqar Həşimovun karyerası zamanı qazandığı uğurlar barədə söhbət açılıb. Vətənini hədsiz dərəcədə çox sevən Vüqarın bütün qələbələrini Azərbaycana həsr etdiyi xüsusi vurğulanıb.

Doqquz turdan ibarət olmaqla keçirilən turnirdə 94 yeniyetmə şahmatçı mübarizə aparıb. Gərgin idman mübarizəsi  şəraitində keçən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə 9 oyundan 7,5 xal toplayan Bakı şahmatçısı Kənan Qarayev qalxıb. Vüqar Həşimov kuboku ilə təltif olunan K.Qarayev, eyni zamanda Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak hüququ qazanıb.

Gümüş medalın sahibii eyni xalı toplayan Rəvan Əliyev olub. O, "Baku Open - 2014" beynəlxalq turnirinə vəsiqə qazanıb. Bürünc mükafata layiq görülən Məhəmməd Muradlı isə "Naxçıvan Open - 2015" beynəlxalq şahmat festivalında iştirak hüququ əldə edib.

Turnirdə həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər təltif ediliblər. Hər yaş qrupunun qalibləri olan oğlan və qızlara qiymətli hədiyyələr, medallar və diplomlar təqdim olunub. 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov