Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqsut 2014 - №31

 

Bölgələrdə  yeni məktəb  binaları istifadəyə  veriləcək

 

SİYƏZƏN. Rayon təhsil şöbəsindən  redaksiyamıza daxil olan məlumata görə, rayonun Böyükhəmyə kəndində 220 şagird yerlik tam orta və Siyəzən kəndində 80 şagird yerlik ümumi orta məktəb binaları dövlət vəsaiti hesabına  tikilir. Binalardakı  geniş və səliqəli sinif otaqları,  fənn kabinetləri   müəllimlərin   daha yaxşı işləmələri üçün  imkan  yaradacaq.

AĞSTAFA. Rayon təhsil şöbəsindən aldığımız məlumatda qeyd edilib ki, yeni dərs ilində Ağstafada daha iki məktəb binası istifadəyə veriləcək. Rayonun Eynalı kəndində 300, Kolxəlfəli kəndində isə 220 şagird yerlik tam orta məktəblərdə tamamlama işləri başa çatmaq üzrədir. Tikilən bu binalarda sinif otaqları, laboratoriyalar və s. tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait olacaq. Müəllim və şagirdlər dərs ilini yeni binada  qarşılayacaqlar.

GƏDƏBƏY. Rayon təhsil şöbəsindən aldığımız məlumatda qeyd edilib ki, İsalı  kənd tam orta məktəbi üçün inşa edilən yeni tədris  ocağında son tamamlama işləri aparılır. Yeni məktəb  binası 160 şagird yerlikdir. Dövlət vəsaiti  hesabına tikilən bu binada sinif otaqları, laboratoriyalar, tədrisin yüksək səviyyədə aparılması üçün lazımi şərait olacaq. Pedaqoji kollektiv dərs ilini yeni binada  qarşılayacaq.

TOVUZ. Rayon təhsil şöbəsindən  verilən məlumatda  bildirilir  ki, dövlət vəsaiti hesabına  Şamlıq kəndində  220, Çeşməli kəndində isə 180 şagird yerlik  tam orta, Qalaboyun, Qaradaş və Muncuqlu kəndlərinin hər birində  isə 80 şagird  yerlik ümumi orta  məktəb binaları inşa olunur. Burada  tədrisin yüksək səviyyədə  təşkili üçün bütün lazımi şərait yaradılacaq.  Məktəb binaları yeni dərs ilində istifadəyə veriləcək.

ASTARA. Rayon təhsil şöbəsindən bildiriblər ki, təhsil müəssisələrinin maddi- texniki və tədris  bazasının möhkəmləndirilməsi, yeni məktəb  binalarının tikintisi davam edir. Rayonun Anboba, Şəmətük kəndlərinin hər birində 80 şagird yerlik ibtidai  və Suparibağ kəndində isə 220 şagird yerlik  tam orta məktəb  binalarında gedən işlər artıq yekunlaşmaq üzrədir. Məktəblilər qarşıdakı  dərs ilini yeni  binalarda  qarşılayacaqlar.   

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov