Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Azərbaycan Dövlət İqtisad Universitetinin  komandası Qazaxıstanın "İnactus" yay düşərgəsində olub

 

Avqustun 13-dən 18-dək Azərbaycan Dövlət İqtisad Universitetinin "İnactus" komandası Qazaxıstanın Almatı şəhərində keçirilən "İnactus Summer Camp" layihəsində iştirak edib. Komandada universiteti  İnnovativ Biznes İnkubatorunun direktoru Mircavid Həsənov və xüsusi istedadlar fakültəsinin III kurs tələbəsi Seymur Məmmədov təmsil ediblər.

Layihədə Azərbaycan ilə yanaşı, Rusiya, Hollandiya, İspaniya, Hindistan, Qazaxıstan və Çilidən olan komandalar iştirak ediblər. Ölkəmizi təmsil edən heyətin tərkibi Azərbaycan Respublikası Təhsil Nazirliyi, "İnactus Azərbaycan", Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşları və tələbələrindən ibarət olub.

"İnactus Summer Camp" layihəsi çərçivəsində   biznes mövzusunda müxtəlif  təlimlər, "ustad dərsləri", eləcə də  gənclərin asudə vaxtlarını maraqlı keçirmələri  üçün əyləncəli müsabiqələr təşkil olunub.

Təlimlərin keçirilməsində əsas məqsəd gənclərin komandada işləmə vərdişlərini  təkmilləşdirmək, liderlik və qərar qəbuletmə, biznesyönümlü ideyaların layihələndirilməsi, innovativ və effektli idarəetmə mövzularında biliklərin artırılmasıdır.

İştirakçı ölkələrin milli təqdimat gecəsində Azərbaycan dövlətçiliyi, iqtisadiyyatı, mədəniyyəti və mətbəxini əks etdirən videotəqdimatla  çıxış edən ADİU-dan olan heyət xüsusi aktivliyi ilə fərqlənib. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov