Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Yeniləşən Azərbaycana yeni məktəb

Bakı şəhəri Xəzər rayonu 78 nömrəli körpələr evi-uşaq bağçası

 

Böyütmək üçün şəkili seçinXəzər rayonu 78 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində yenidən qurulub. Təmir və yenidənqurma işlərinə 2011-ci ilin fevral ayında başlanılıb və 2012-ci il may ayının 9-da bağça istifadəyə verilib.

Bağçanın ümumi ərazisi 3600 m2-dir. İki mərtəbədən və zirzəmidən ibarət binanın ümumi sahəsi 2400 m2 təşkil edir.

120 yerlik körpələr evi-uşaq bağçasında altı qrup - bir orta, bir kiçik, iki böyük və iki məktəbə hazırlıq qrupları vardır. Binada hər bir qrup üçün ayrıca yataq otağı, oyun otağı, soyunub-geyinmə otağı, mətbəx və sanitar qovşağı vardır. Binada gimnastika zalı, şahmat, rəsm, musiqi ilə məşğul olmaq üçün otaqlar yaradılıb. Bundan əlavə, işçi personalın dincəlməsi üçün də otaq nəzərdə tutulub.

Binanın zirzəmisində anbar, camaşırxana, mətbəx, arxiv və digər otaqlar yerləşir. Uşaqların naharla təminatı mərkəzləşmiş qaydada həll edilib. Bunun üçün binanın zirzəmisindəki mətbəxdə hazırlanan yeməklər yük lifti vasitəsilə mərtəbələrə paylanır.

Bağçanın həyətyanı sahəsində abadlıq işləri aparılıb, uşaq oyun meydançaları yaradılıb, idman qurğuları quraşdırılıb. Binanı su ilə təchiz etmək üçün 50 kubmetrlik içməli su, 80 kubmetrlik yanğın əleyhinə su anbarları tikilib, işıqlandırma sistemi tamamilə yenilənib, təhlükəsizlik kameraları və siqnal sistemləri quraşdırılıb.

Böyütmək üçün şəkili seçin   Böyütmək üçün şəkili seçin
     
Böyütmək üçün şəkili seçin   Böyütmək üçün şəkili seçin
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov