Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti

2014/2015-ci  tədris ilində aşağıdakı ixtisaslar üzrə yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edir:

 

1. Tarix və coğrafiya müəllimliyi (Azərbaycan və rus bölmələri);

2. Kimya və biologiya müəllimliyi (Azərbaycan və rus bölmələri);

3. Riyaziyyat və informatika müəllimliyi (Azərbaycan və rus bölmələri);

4. Təhsildə sosial-psixoloji xidmət;

5. Məktəbəqədər təlim və tərbiyə (Azərbaycan və rus bölmələri);

6. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;

7. İbtidai sinif müəllimliyi (Azərbaycan və rus bölmələri);

8. Xarici dil (ingilis dili) müəllimliyi;

9. Fizika müəllimliyi (Azərbaycan və rus bölmələri). 

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn dövlət və özəl ali təhsil müəssisələrinin məzunları "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-  rektorun adına ərizə;

-  ali təhsil haqqında sənədin, diplomun surəti;

-  əmək kitabçasının surəti;

-  3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil;

-  şəxsiyyət vəsiqəsinin surəti;

-  təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi. 

Sənədlər 2014-cü il avqust ayının 20-dən (istirahət günlərindən başqa) saat  10:00 -17:00-dək ADPU-nun III tədris binasında (otaq 123) qəbul edilir. Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsabiqədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.

Xaricdə təhsil almış şəxslər yenidənhazırlanma təhsili almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar. Təhsil ödənişlidir. 

Ünvan: Bakı şəhəri, S.Rüstəm küçəsi - 31

Telefon:   (+99412)  440-51-49 

REKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov