Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Müəllimlər İnstitutu

Azərbaycan Müəllimlər İnstitutu 2014/2015-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə yenidənhazırlanma təhsilinə dinləyici qəbulu
elan edir:

 

1. Azərbaycan dili və ədəbiyyat müəllimliyi

2. Məktəbəqədər təlim və tərbiyə

3. Təhsildə sosial-psixoloji xidmət

4. İbtidai sinif müəllimliyi 

Yenidənhazırlanma təhsilinə qəbul olmaq üçün aşağıdakı sənədlər təqdim edilir: 

1. Rektorun adına ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti

3. Sağlamlıq haqqında arayış

4. 2 ədəd fotoşəkil (3x4sm. ölçüdə, rəngli)

5. Təhsil haqqında sənədin (diplom və qiymət cədvəli) surəti (notariusda təsdiq edilmiş). 

Sənədlərin qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" haqqında 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı və Azərbaycan Respublikası təhsil nazirinin 04 oktyabr 2010-cu il tarixli 1297 nömrəli əmri əsasında aparılır.

Təhsil müddəti 9 aydır.

Təhsil ödənişlidir. 

Sənədlərin qəbulu Azərbaycan Müəllimlər İnstitutunda 2014-cü il tarixdən elan dərc olunan gündən başlanır. Sənədlər oktyabr ayının 10-na qədər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9-dan 18-dək qəbul olunur. 

Ünvan: Akademik Həsən Əliyev küç. 104, 8-ci mərtəbə, 801-ci otaq. 

Əlaqə telefonları:

465-29-76; 564-01-75 

REKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov