Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqsut 2014 - №33

 

Vakant yerlərə əlavə yerləşdirmək üçün elektron müraciətlər qəbul edilir

 

2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust 2014-cü il tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçirilir.

Namizədlər "Şəxsi səhifə"sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaqdır. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin "Şəxsi səhifə"sinə göndəriləcəkdir.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 01.09.2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 ("İçərişəhər" metrosunun yaxınlığı)) müsahibə keçiriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov