Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqsut 2014 - №33

 

Astaralı məzunlardan 163 nəfəri tələbə adını qazanıb

 

 Avqustun 26-da Astara Rayon İcra Hakimiyyətində bu il respublikamızın ali məktəblərinə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərlə görüş keçirilib.

Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova qəbul imtahanlarının nəticələri barədə məlumat verib.

Bildirilib ki, Astara rayonunun ümumtəhsil məktəblərini bitirən 1011  məzundan 404 nəfəri ölkəmizin ali məktəblərinə daxil olmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) sənəd verib. Bundan əlavə, əvvəlki illərdə rayonun ümumtəhsil məktəblərini bitirmiş 64 nəfər məzun da qəbul imtahanlarında iştirak edib. İlkin mərhələdə məzunlardan 163 nəfəri ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. Qəbul imtahanları zamanı məzunlardan 5 nəfəri 600-dən, 14 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məzunlar arasında ən yüksək nəticəni Kijabə qəsəbə tam orta məktəbinin yetirməsi Fuad Quliyev göstərib. O, qəbul imtahanlarında 681 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.

Bildirilib ki, bu il ali məktəblərə daxil olan məzunların sayına görə rayonun ümumtəhsil məktəbləri arasında Astara şəhər 1, 2, 3 və 5, Pensər kənd 2, Kijabə və Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbləri yüksək nəticələr göstərib.

Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri təbrik edərək Astara rayonunda ali məktəblərə daxil olan gənclərin sayının ilbəil çoxalmasını elmə, biliyə olan marağın artması kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, son illər Astara rayonunda 40-dan çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Yeni dərs ilində daha 2 məktəb binası qapılarını şagirdlərin üzünə açacaq.

Tədbirdə çıxış edənlər gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını ifadə edərək dövlətimizin başçısına    minnətdarlıqlarını bildiriblər.

Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplamış tələbələrə fəxri fərmanlar və pul mükafatları təqdim edilib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov