Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqsut 2014 - №33

 

Yeniyetmə güləşçilərimiz medalların sayını artırırlar

 

Avqustun 25-də Yeniyetmələrin ikinci Yay Olimpiya Oyunları çərçivəsində güləş yarışları başlayıb.  Əvvəlcə mübarizəyə yunan-Roma güləşçiləri qoşulublar.  Bu növdə ölkəmizi təmsil edən Cabbar Nəcəfov (50 kq) inamla yarışaraq təsnifat mərhələsində Uğur Beytekini (Türkiyə) 4:0, Məhəmmadrza Ağaniyani (İran) 3:1 və Dorin Kocakarini (Moldova) 4:0 hesabı ilə məğlub edərək finala çıxıb. Finalda onun rəqibi özbəkistanlı İlxom Baxromov olub. Maraqlı keçən qarşılaşmada təmsilçimiz uduzaraq gümüş medalla kifayətlənib.

Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışlarının üçüncü  günündə sərbəst güləşçilər mübarizə aparıblar.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, 63 kq çəki dərəcəsində təmsilçimiz Teymur Məmmədov "A" yarımqrupunda Gürcüstan, CAR və Palau təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz heç bir  xal vermədən finala yüksəlib. Finalda Teymur Venesuela idmançısı ilə qarşılaşacaq.

Qadın güləşçilərin yarışlarında Azərbaycan gümüş medal qazanıb. Güləşçimiz Leyla Qurbanova (52 kq) inamla yarışaraq təsnifat mərhələsində kanadalı Tianna Kennetə (4:0), ukraynalı Olena Kremzerə (3:1) və salvadorlu Mayra Elizabet Vaskuez Aparisioya (4:0) qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə yaponiyalı Mayu Mukaya ilə qarşılaşan güləşçimiz 1:3 hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb.  

İdmançımız İqbal Hacızadə yeniyetmələrin sərbəst güləş üzrə yarışlarının finalında moldovalı rəqibi Dmitri Ceakustaya 3:1 hesabı ilə qalib gələrək olimpiya çempionu olaraq üçrəngli bayrağımızı zirvəyə qaldırıb.

Digər təmsilçimiz 100 kq çəki dərəcəsində mübarizəyə qoşulan  İqbal Hacızadənin yarımqrupda rəqibləri Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. Finalda İqbal Moldova güləşçisi üzərində inamlı qələbə qazanaraq olimpiya çempionu olaraq ölkəmizi layiqli təmsil edib. 

Hazırladı: Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov