Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2014 - №34

 

Azərbaycan idmançıları Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanıblar

 

Azərbaycan idmançıları Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanıblar.  200-dən çox komandanın iştirak etdiyi II Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 5-i qızıl olmaqla 12 medal qazanıb. Nəticədə Azərbaycan ümumi hesabda 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşıb. Bununla, idmançılarımız öz uğurlu çıxışları ilə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına növbəti töhfələrini veriblər.  Sevindirici haldır ki, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qalib gələn  idmançılar arasında Təhsil Nazirliyinin tabeliyində olan idman müəssisələrinin 4 yetirməsi var. Bayrağımızı qaldıran bu idmançılarla siz də tanış olun:

İqbal HACIZADƏ 

Təhsil Nazirliyi Masallı Uşaq-Gənclər İdman Mərkəzi

İdman növü: sərbəst güləş

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalçısı;

Yeniyetmələr arasında Azərbaycan çempionu (2014);

Yeniyetmələr arasında Avropa çempionu (2014);

Yeniyetmələr arasında AGF Kubokunun gümüş mükafatçısı (2014);

Yeniyetmələr arasında Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə II yer (2014)


Natiq QURBANLI  

Təhsil Nazirliyi Sumqayıt 2 saylı Uşaq-Gənclər İdman Mərkəzi

İdman növü:cüdo

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalçısı;

Yeniyetmələr arasında dünya çempionatı (ABŞ, 2013);

Avropa çempionatının bürünc mükafatçısı (Estoniya, 2013);

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına Mayami hazırlıq lisenziyası


Leyla ƏLİYEV 

Təhsil Nazirliyi 13 saylı Uşaq-Gənclər İdman Mərkəzi

İdman növü: cüdo

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalçısı;

Yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı (ABŞ, 2013);

Avropa çempionu (Estoniya, 2013);

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına Mayami hazırlıq lisenziyası


Nazim BABAYEV 

Təhsil Nazirliyi 5 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbi

İdman növü: atletika (üçtəkanla tullanma)

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının bürünc medalçısı;

Avropa yeniyetmələrinin Olimpiya Festivalinda I yer (Hollandiya, 2013);

Komandalararası Avropa çempionatında III yer (Gürcüstan, 2014);

Qafqaz kuboku yarışlarında III yer (Gürcüstan, 2014);

Yeniyetmələrin atletika üzrə Avropa Təsnifat Turnirində I yer, Bakı (Azərbaycan);

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziyanı Avropa Təsnifat Turnirində qazanıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov