Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

Azərbaycan incəsənətinin təbliği ilə bağlı layihə davam edir

 

"Azad Gənclər" İctimai Birliyinin (İB) həyata keçirdiyi "Azərbaycan incəsənətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması" layihəsi davam edir.  İB-dən AzərTAc-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşən layihənin məqsədi regionlarda təsviri sənətin və heykəltəraşlığın təbliği, gənc nəslin bu sahəyə marağının artırılması, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, eləcə də gənclərin ölkəmizin təbliğ olunmasında yaxından iştirakına şərait yaratmaqdır. Ağdaş, Masallı, Neftçala və Xaçmaz rayonlarında gerçəkləşən layihədə bu bölgələrin hər birindən 20 nəfər olmaqla ümumilikdə 80 gənc rəssam və heykəltəraş iştirak edib.

Layihə çərçivəsində gənc rəssamların və heykəltəraşların əsərlərinin tanıdılması və satışı məqsədilə sərgi-yarmarkalar da təşkil olunub. Burada məqsəd regionlarda belə sərgi-yarmarkaların təşkili ənənəsinin formalaşdırılmasına töhfə vermək, ölkəmizin təsviri sənətinin yerli və xarici turistlərə tanıdılmasını və təbliğini daha da gücləndirməkdir. Sərgilər zamanı sənətkarlar gənclərin bu sahəyə həvəsinin artırılması məqsədilə məşğələlər keçiblər. Həmçinin gənc rəssam və heykəltəraşlar üçün ikigünlük treninq təşkil olunub. Gənclərə aidiyyəti dövlət və yerli idarəetmə orqanları, qeyri-hökumət təşkilatları və iş adamları ilə əməkdaşlığın qurulması imkanları öyrədilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov